BAKI, 8 oktyabr. TELEQRAF
Avropa Parlamenti tərəfindən qəbul edilən son anti-Gürcüstan qətnaməsi orta səviyyəli siyasi şoudur.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin rəhbəri Levan Maxaşvili bildirib.
Onun sözlərinə görə, bu siyasi şou siyasi səs-küy yaratmaq və Gürcüstan hökumətinin nüfuzuna xələl gətirmək məqsədi daşıyıb: "Bu qətnamələrin heç bir hüquqi və ya institusional qüvvəsi yoxdur"