
BAKI, 17 fevral. TELEQRAF
Suriyada çox çətin problemlər üzərində çalışan yeni rəhbərlik üçün PKK/YPG terror təşkilatının işğalını dayandırmaq da onun prioritetləri sırasındadır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Həm Suriya, həm Türkiyə, həm də İraq və kürdlərin maraqları üçün PKK-dan qurtulmalıyıq. PKK çoxməqsədli terror təşkilatıdır. Təkcə Türkiyəni yox, İran, İraq və Suriyanı da hədəf alırlar. Ona görə də hesab edirəm ki, bu virusdan birlikdə qurtulmağın vaxtı çatıb”, - nazir vurğulayıb.