BAKI, 27 iyul. TELEQRAF

Saatlı rayonunda iki qadına qarşı sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirən gənc oğlan müəyyən edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Saatlı rayon sakini, 1998-ci il təvəllüdlü Sənan Xəlilov (ad-soyad şərti verilib – red.) “Tik-tok” sosial şəbəkədə açdığı canlı yayın zamanı Gülnarə və Nəzrin adlı şəxslərə qarşı əxlaqsız ifadələr səsləndirib.

Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.

O, izahatında əməlindən peşman olduğunu deyib və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Saatlı Rayon Məhkəməsinin qərarı ilə Xəlilov 700 manat məbləğində cərimə edilib.