BAKI, 16 iyul. TELEQRAF

Bu ilin altı ayı ərzində cinayət işləri üzrə vurulmuş ziyanın məbləği məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat məbləğində maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 %-nin ödənilməsi təmin edilib.