BAKI, 6 oktyabr. TELEQRAF
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib.
Bu barədə Teleqraf-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanda mövcüd mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə səfirə məlumat verilib.
Həmçinin Azərbaycanın mina təhlükəsi ilə mübarizə fəaliyyətinə İsrail tərəfindən dəstək imkanları, əməkdaşlıq perspektivləri, qabaqcıl texnologiyaların və innovativ həllərin minatəmizləmə prosesinə tətbiqi məsələləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.