BAKI, 17 iyul. TELEQRAF

"Azərbaycan Ukraynadakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir".

Teleqraf xəbər verir ki, bunu Moskvaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Rusiya və Ukrayna arasındakı silahlı münaqişə ilə bağlı dərin narahatlığımızı qoruyub saxlayırıq. Bu, insan iztirablarına səbəb olur və daha geniş regionda sabitliyə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir", - deyə nazir qeyd edib.