BAKI, 10 iyul. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak etmək üçün ölkəyə səfər edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Allahşükür Paşzadəyə "El-yurt hurmati" (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib.