BAKI, 28 noyabr. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.
Hikmət Hacıyev NATO Baş Qərargahında NATO-nun Şimal Atlantik Şurasının səfirləri, NATO-nun siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə Baş katibinin müavini Boris Ruqe ilə görüşüb.
Görüş zamanı NATO-nun Şimali Atlantika Şurası səfirlərinin Azərbaycana son səfəri və dövlət başçısı İlham Əliyevlə keçirilən görüş xüsusi olaraq diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan-NATO tərəfdaşlığının mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları, Azərbaycanın Alyansa töhfələri, o cümlədən Avropanın enerji təhlükəsizliyində rolu barədə geniş fikir mübadiləsi aparıblar.
Eyni zamanda regional təhlükəsizlik məsələləri və Azərbaycan–Ermənistan sülh gündəliyi müzakirə olunub.