BAKI, 30 oktyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyevlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Ceyhun Bayramov Özbəkistanı bu nüfuzlu qlobal tədbirin uğurla keçirilməsi və mükəmməl təşkilinə görə səmimi şəkildə təbrik edib.