BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində almaniyalı həmkarı Yohan David Vadeful ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə azərbaycanlı nazir “X” sosial şəbəkəsində paylaşım edib.
“Biz Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, Azərbaycan-Ermənistan sülh gündəliyi, eləcə də digər əsas regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq”, - paylaşımda deyilir.
Görüş zamanı həmçinin avqustda Vaşinqtonda keçirilmiş tarixi sammitin regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.