BAKI, 29 iyul. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəliyi avqustun 31-dən etibarən fəaliyyətini dayandıracaq.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Qeyd edək ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüş çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyini söyləmişdi.

Xatırladaq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi 1992-ci ilin dekabr ayından fəaliyyət göstərir.