BAKI, 24 iyul. TELEQRAF
Azərbaycan XİN başçısı somalili həmkarını Ermənistanla davam edən sülh danışıqları barədə məlumatlandırıb.
Teleqraf xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov iyulun 24-də Bakıda Somali xarici işlər və əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə birgə keçirdiyi mətbuat konfrasında bildirib.
O qeyd edib ki, Azərbaycanın sülhün imzalanması üçün gözləntiləri barədə məlumat verilib.
Ceyhun Bayramov bildirib ki, Somali və Türkiyə arasında mövcud olan sıx əməkdaşlıq əlaqələri məlumdur:
Azərbaycan Türkiyə ilə yaxın və çoxşaxəli tərəfdaşlıq münasibətləri qurub. Bu kontekstdə biz üçtərəfli əməkdaşlıq imkanlarını da müzakirə etdik”, - deyə o qeyd edib.