BAKI, 12 iyul. TELEQRAF

“Əl-ələ verdiyimiz təqdirdə bütün əngəlləri aşacağıq. Artıq yumruqları sıxmağa ehtiyac yoxdur. Bir-birimizə qarşı deyil, birlikdə addım ataraq Türkiyənin yeni əsrini inşa edəcəyik. Türkiyə çox daha güclü olacaq. Enerjimizi terrorla mübarizəyə deyil, inkişaf və yüksəlişə yönəldəcəyik".

Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında səsləndirib.

“Dünəndən başlayaraq 47 illik terror bəlasının sona çatması istiqamətində mühüm bir mərhələyə qədəm qoyulub. İtkilərimizi unutmayacayıq, amma bundan sonra Allahın izni ilə gənclərimiz həyatlarının bahar çağında aramızdan ayrılmayacaq. Yaralarımızı sağaldaraq, iradə ilə irəliləyəcəyik",- o qeyd edib.