BAKI, 10 iyul. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

Teleqraf xəbər verir ki, danışıqlarda Azərbaycan liderini Baş nazirin müavini, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər naziri Ceyhun Bayramov müşaiyət edir.

Ermənistan nümayəndə heyətinə Baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın vitse-spikeri, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə Ruben Rubinyan daxildir.