BAKI, 1 iyul. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək.
İyulun 3-4-də keçiriləcək sammitə digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar.
Qeyd edək ki, iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə bir daha dəvət edib.