BAKI, 19 iyun. TELEQRAF
Prezident İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.
Teleqraf xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.




