
BAKI, 20 may. TELEQRAF
"Azərbaycanda prokurorluq orqanlarında geniş və mütərəqqi islahatlar həyat keçirilmiş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin olunub".
Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciətində əksini tapıb.
Daha sonra dövlət başçısı qeyd edib:
"Hüquq-mühafizə orqanlarımız korrupsiya, transmilli cinayətkarlıq, terrorçuluq, separatçılıq, insan alveri, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya və digər təhdidlərə qarşı beynəlxalq səviyyədə fəal iştirak edir və bu sahələrdə əməkdaşlığa töhfə verir. Bunun bariz nümunəsidir ki, ötən ilin payızında beynəlxalq əməkdaşlıq sahəsində mühüm məsələlərin müzakirə edildiyi Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif yerlərindən gəlmiş hüquqşünasların iştirakı ilə ölkəmizdə keçirilmişdir".