
BAKI, 19 aprel. TELEQRAF
"Azərbaycan hər zaman Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və bu mövqeyində qətiyyətlidir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə “Uşaqlar üçün, gələcək naminə. Ukrayna-Azərbaycan” (For Children for Future UA-AZ) adlı xeyriyyə incəsənət aksiyasının mətbuat konfransında bildirib.
Deputat müharibənin tezliklə başa çatacağına inamını ifadə edərək Azərbaycan-Ukrayna münasibətlərinin haqda danışıb: "Azərbaycan və Ukrayna arasında əməkdaşlıq daim inkişaf edir və bu münasibətlər qarşılıqlı hörmət və dəstək üzərində qurulub".
Əlibala Məhərrəmzadə uşaqların reabilitasiyasının Azərbaycan hökumətinin dəstəyi ilə aparıldığını xüsuysi vurğulayıb: "Hazırda müharibədən zərər çəkmiş bir çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya alır. Bu uşaqlara göstərilən qayğı və dəstək, Azərbaycanın humanist və beynəlxalq həmrəyliyə sadiq mövqeyinin bariz nümunəsidir. Bu təşəbbüs Azərbaycan hökumətinin dəstəyi ilə davam etdirilir və gələcəkdə də bu istiqamətdə addımların atılması nəzərdə tutulur. Azərbaycan tərəfi olaraq, Ukrayna xalqının bu çətin dönəmdə yanında olduğumuzu bir daha ifadə edirik”.