BAKI, 17 aprel. TELEQRAF
Bu gün Azərbaycan–Sloveniya Biznes Forumunun açılışı olub. Forumda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və sloveniyalı həmkarı Tanya Fayon iştirak ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Forum iki ölkənin işgüzar icmaları arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin tapılmasına və beynəlxalq ticarət, gəmiçilik və logistika kimi strateji sahələrdə layihələrin irəliləməsinə kömək edəcək. Bu cür mütəmadi forumlar konkret nəticələr verəcək və ikitərəfli iqtisadi əlaqələri daha da gücləndirəcək",- məlumatda deyilir.