BAKI, 17 aprel. TELEQRAF
Cənubi Qafqazda yeni reallıqlar yaranır və regional əməkdaşlıq artmaqdadır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 17-də sloveniyalı həmkarı Tanya Fayonla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 30 illik işğala son qoyulması Cənubi Qafqazda tam fərqli bir atmosfer yaradıb.
“Regionda indi baş verən hadisələr işğal dövründə mümkün deyildi. Hazırda Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstanın XİN rəhbərlərinin müavinləri arasında görüş keçirilir. Bütün bunlar bölgədə yeni reallıqlar fonunda baş verir. Müzakirələrin inkişafı baxımından platformanın mövcudluğunu yüksək qiymətləndiririk”, - nazir vurğulayıb.