BAKI, 17 aprel. TELEQRAF
"Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyim ikitərəfli görüş səmərəli olub".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 17-də sloveniyalı həmkarı Tanya Fayonla keçirdiyi mətbuat konfransında bildirib.
"Bu görüşü olduqca yüksək qiymətləndirirəm. İkitərəfli görüş zamanı tərəflərin arqumentlərini müzakirə etmək daha faydalı olur. Son 2 il yarım ərzində 12 layihə üzrə intensiv danışıqlar aparılıb və bu ilin mart ayında nəhayət sülh sazişi ilə bağlı danışıqlar müsbət nəticə verib. Sülh danışıqlarının təşəbbüskarı məhz Azərbaycandır. Prosesin tam yekunlaşdırılması və imzalanma mərhələsinə keçid üçün tələblərimizi bir daha Ermənistan tərəfinin diqqətinə çatdırmışıq”, - Ceyhun Bayramov vurğulayıb.