BAKI, 17 aprel. TELEQRAF

Cənubi Qafqazda sülhün bərqərar edilməsi çox vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, bölgədə sülhə dair atılan addımlar dəstəklənməlidir.

“Mən Azərbaycandan öncə Ermənistanda səfərdə oldum. Bu məlumat əldə etmək xarakteri daşıyırdı. Bir daha Sloveniyanın mövqeyini diqqətə çatdırmaq istərdim. Biz hər iki ölkənin sülhə dair atdığı addımları alqışlayırıq. Cənubi Qafqaz sülhə layiq bir regiondur. İnsanlar sülh şəraitində yaşamalıdırlar. Sloveniya tərəfi olaraq biz bunu təşviq edirik”, - Tanya Fayon vurğulayıb.