BAKI, 17 aprel. TELEQRAF

Biz regionda sülhün və qarşılıqlı etimadın möhkəmlənməsində maraqlıyıq.

Teleqraf xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sülh və və qarşılıqlı etibarı möhkəmləndirmək Sloveniya üçün əsas prinsipdir.

“Bunun üçün güclü hörmət və siyasi əlaqələr vacibdir. Bakı səfərim də bunun göstəricisidir. Hazırda şirkətlərimiz arasında da əlaqələrin inkişafı üçün müəyyən danışıqlar aparılır”, – Tanya Fayon qeyd edib.