BAKI, 17 aprel. TELEQRAF

Sloveniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, hər iki ölkə arasında sülh sazişinin əldə edilməsi olduqca müsbət haldır.

“Azərbaycan və Ermənistanın bu istiqamətdə atdığı addımları alqışlayırıq. Onlar bu prosesi daha da sürətləndirməlidirlər. Çünki bu baş verərsə, bütün region sülhdən faydalanacaq. Kommunikasiyanın bərpası bizim üçün də çox sevindirici hal olacaq”, - Tanya Fayon qeyd edib.