BAKI, 17 aprel. TELEQRAF

Sloveniya Azərbaycanla əməkdaşlığı müxtəlif sahələr üzrə genişləndirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, enerji sahəsində imzalanmış anlaşma memorandumu məmnunluq doğurur.

“Amma bizim əməkdaşlığımız təkcə qaz və enerji sahələrindəki əlaqələrlə məhdudlaşmamalıdır. Biz turizm, tikinti, kosmos texnologiyaları kimi sahələrdə də danışıqları gücləndirməliyik. İşçi qrupunun iclasında bu mövzulara toxunacağıq. COP29-da Azərbaycanın sərgilədiyi rolu da xüsusilə vurğulamaq istərdim. Bu ölkənin strateji mövqeyi təqdirəlayiqdir”, – Tanya Fayon qeyd edib.