Azərbaycan və Sloveniya regionda sülh və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 17-də sloveniyalı həmkarı Tanya Fayonla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görüş zamanı Ermənistanla sülh sazişi ətrafında aparılan danışıqlar əsas müzakirə mövzularından olub.

“Həmkarımla Ermənistan tərəfindən gözlədiyimiz legitim tədbirləri müzakirə etdik. Bura sözügedən ölkədə konstitusiya dəyişikliyi və ATƏT Minsk qrupunun ləğvi kimi məsələlər daxildir. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiyası, bölgədə kommunikasiya əlaqələrinin bərpası və inkişafı istiqamətində də fikir mübadiləsi apardıq” – Ceyhun Bayramov vurğulayıb.