TBİLİSİ, 16 aprel. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıya səfəri çərçivəsində Gürcüstanın Azərbaycandakı səfirliyində olub və diplomatlarla tanışlıq görüşü keçirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze M.Kavelaşviliyə diplomatik nümayəndəliyin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Prezident səfirliyin əməkdaşlarına xidmətlərinə görə təşəkkür edib, onlara mühüm və şərəfli işlərində uğurlar arzulayıb.
