
BAKI, 12 aprel. TELEQRAF
"Zəngəzur dəhlizinin açılması bölgənin geosiyasi əhəmiyyətini daha da artıracaq".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov aprelin 12-də 4-cü Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “Türk Dövlətləri Təşkilatı: Unikal birlik modeli” panelində çıxışı zamanı deyib.
E.Əmirbəyov xatırladıb ki, hazırda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi davam edir:
"Sülh əldə olunduqdan sonra Ermənistan da coğrafiya üçün vacib aktora çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin açılması bölgənin geosiyasi əhəmiyyətini daha da artıracaq. Bu, bölgənin geosiyasi mövqeyini daha da möhkəmləndirəcək. Bundan başqa, yaşıl enerji sektorunun inkişaf etdirilməsi istiqamətində də vacib addımlar atırıq".