
BAKI, 12 aprel. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər",- o qeyd edib.
Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.