.jpg)
BAKI, 11 aprel. TELEQRAF
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Azərbaycana səfərə dəvət edilib.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Əhməd əl-Şaraa ilə görüşüb və onu Bakıya səfərə dəvət edib.
Əl-Şaraa isə dəvət minnətdarlıqla qəbul edib.
Prezident İlham Əliyev görüşdə Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.
Dövlət başçısı gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini vurğulayıb.
Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub.
Əhməd əl-Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlət başçısına minnətdarlığını bildirib.