
BAKI, 11 aprel. TELEQRAF
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Naxçıvana ilk işgüzar səfərim zamanı Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Regionun sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir”, - paylaşımda deyilir.