BAKI, 10 aprel. TELEQRAF

"Azərbaycanda Türk dünyası ölkələrinin rəsmi Zirvə toplantısı keçirilə bilər".

Teleqraf xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bildirib.

Dövlət baççısı deyib: "Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur".

Prezident İlham Əliyev görüşlə bağlı dəqiq tarix söyləməyib: "Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək".