BAKI, 10 aprel. TELEQRAF

"1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı".

Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri ADA Universitetində baş tutan "Yeni dünya nizamına doğru" mövzusundakı beynəlxalq forumda deyib.

Prezident bildirib ki, biz buna, "əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq".