
BAKI, 24 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasda ölkənin gündəmində olan bir sıra siyasi məsələlər ətrafında müzakirələr aparılıb.
Əkrəm İmamoğlu və İstanbul Böyükşəhər Bələdiyyəsinə ilə bağlı istintaq üzrə digər şəxslərin həbs məsələsinə də toxunulub, lazımı addımların atılacağı qeyd edilib.
Hüquqi prosesin yaxından izlənildiyi bildirilib.
***
16:24
BAKI, 24 mart. TELEQRAF
Türkiyədə Nazirlər Kabinetinin iclası işə başlayıb.
Teleqraf xəbər verir ki, Beştəpədə keçirilən iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
***
10:37
Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə Nazirlər Kabineti toplanacaq.
Teleqraf xəbər verir ki, Əkrəm İmamoğlu da daxil olmaqla, 91 şübhəlinin nəzarətə alındığı araşdırmalar və hüquqi proseslər müzakirə olunacaq. "Terrorsuz Türkiyə" hədəfi istiqamətindən davam edən terrorla mübarizə əməliyyatları da gündəmində olacaq.
Görüşdə Suriya məsələsi geniş miqyasda müzakirə ediləcək. Yeni prezident Əhməd Şaraa tərəfindən açıqlanan müvəqqəti konstitusiya, Türkiyədən Şama edilən səfər və ABŞ-dan gələn mesajlar qiymətləndiriləcək.