BAKI, 10 fevral. TELEQRAF

Ekvadorda prezident seçkilərində ikinci tur keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Məlumata görə, bülletenlərin 12%-dən çoxu yoxlandıqdan sonra aydın olub ki, vətəndaşların 46,79%-i hazırkı dövlət başçısı Daniel Noboaya səs verib. Onun əsas rəqibi, "Vətəndaş İnqilabı" sol hərəkatının namizədi Luisa Qonzales 41,39% səs toplayıb.

Onlar aprelin 13-də keçiriləcək seçkilərin ikinci turunda mübarizəni davam etdirəcəklər.