BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan və Albaniya arasında enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərin əsas istiqamətlərindən biridir.
Teleqraf xəbər verir ki, bunu energetika nazirinin müavini Kamal Abbasov Albaniyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin mühüm komponentlərindən olan Trans-Adriatik Boru Kəməri (TAP) çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Nazir müavini Albaniyanın Korça şəhərinin təbii qazla təchiz edilməsi layihəsini strateji enerji tərəfdaşlığının genişlənməsinin nümunəsi kimi qiymətləndirib.