BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkürünü bildirib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

"Mən sizin Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin işə salınması münasibətilə göndərdiyiniz mesajda mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı ifadə etmək istərdim", - paylaşımda qeyd olunub.