BAKI, 23 noyabr. TELEQRAF
Albaniya Azərbaycanla enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Diplomat qeyd edib ki, Xəzər qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Albaniyadan keçərək Avropaya çatdırılması iki ölkənin enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığının göstəricisidir.
O, qazlaşdırma layihəsindəki əməkdaşlığa görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığını bildirib.
Diplomat bu ilin dekabrında Tiranada keçiriləcək Hökumətlərarası Komissiyanın ikinci iclasını səbirsizliklə gözlədiklərini, Bakı ilə Tirana arasında birbaşa uçuşların başlanmasına ümid etdiklərini də qeyd edib.