BAKI, 12 oktyabr. TELEQRAF
Türkiyənin Afyonkarahisar rayonunda Şuhut bələdiyyəsinə məxsus avtobus yol kənarına aşıb.
Teleqraf xəbər verir ki, hadisə zamanı 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili yardım maşınları ilə ərazidəki xəstəxanalara aparılıb.