Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla Rusiya lideri arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşmanı tənqid edib və Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
Teleqraf xəbər verir ki, Merzə görə, ABŞ və Rusiya arasında dizel yanacağının ixracı ilə bağlı razılaşma Almaniya və Avropa üçün qəbuledilməzdir.
Almaniya kanslerinin sözlərinə görə, Rusiya yalnız Qərbin qətiyyətli hərəkətə keçəcəyi təqdirdə Ukraynaya qarşı müharibənin dayandırılmasını ciddi şəkildə müzakirə etməyə başlayacaq.
"Rusiya yalnız təzyiq altında ciddi danışıqlar aparacaq, ona görə də Rusiyaya qarşı sanksiyalarımızı davam etdirəcəyik", - deyə o vurğulayıb.
Merz həmçinin Rusiya qüvvələrinin Ukraynanın mülki enerji infrastrukturuna qarşı amansız hücumlarından sonra Moskvaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyə çağırıb.