BAKI, 13 oktyabr. TELEQRAF
Bolqarıstan hakimiyyəti ölkənin iqtisadi zonasında ticarət gəmilərinə edilən dron hücumlarının araşdırılmasında NATO və Aİ-dən kömək istəyib.
Teleqraf xəbər verir ki, hökumətin mətbuat xidmətinin açıqlamasında deyilir: "Bolqarıstan Qara dənizdəki iqtisadi zonanda iki ticarət gəmisinə dron hücumu ilə bağlı araşdırmanı davam etdirmək üçün Aİ və NATO-dan texniki yardım istəyib. Baş nazir Rumen Radev Avropa Şurasının prezidenti António Costa, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və NATO-nun baş katibi Mark Rutteyə göndərdiyi məktublarda müttəfiqlərin dəstəyinə ehtiyac olduğunu vurğulayıb və bu məsələnin təcili xarakter daşıdığı üçün prioritetləşdirilməsinə çağırıb".
Oktyabrın 6-da Toqo bayrağı altında üzən "Alfa Watan" gəmisi Bolqarıstanın eksklüziv iqtisadi zonasında dron hücumundan sonra 10 nəfərlik heyətlə birlikdə batıb. Heç kim xilas edilməyib. Ərazidəki dəniz dərinliyi təxminən 2 km-dir. Dron hücumundan sonra böyük yanğına məruz qalan ikinci gəmi olan "Able"dən olan 18 dənizçi təxliyə edilib.