Ukraynanın müdafiə şirkəti "FirePoint" Rusiya ərazisinə doğru ilk yerli ballistik raketin buraxıldığını elan edib.

Teleqraf xəbər verir ki, yerli medianın verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru İrina Terex bildirib .

Bu, 300 km-ə qədər mənzilə malik FP-7 taktiki raketidir.

Onun sözlərinə görə, bu il istehsal olunacaq daha bir uzaqmənzilli ballistik raketi üzərində işlər davam edir.