BAKI, 13 oktyabr. TELEQRAF

Oktyabrın 12-də axşam saatlarında Kiyevdə partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələri Kiyevə doğru yüksək sürətli raketin buraxıldığı barədə xəbərdarlıq edib. Həyəcan siqnalı partlayışlardan sonra verilib. İtkilər barədə məlumat verilmir.

Xatırladaq ki, ABŞ bu yaxınlarda Ukraynanı Rusiyanın neft emalı zavodlarına hücumlar davam edəcəyi təqdirdə Müdafiə Qüvvələrinə kəşfiyyat məlumatı verməyəcəyi ilə hədələmişdi.

12 oktyabrda Ukrayna Prezidentinin müşaviri Sergey Beskrestnov bildirib ki, kəşfiyyat məlumatlarına Rusiya ballistik raketlərinin buraxılması ilə bağlı məlumatlar daxildir .

Amerikalıların sayəsində Ukrayna hərbçiləri ballistik zərbə təhlükəsi barədə məlumat alır və mülki şəxsləri raket buraxılışları və ya raket buraxılışlarına hazırlıq barədə əvvəlcədən xəbərdar edə bilir.