İSRAİL, 2 sentyabr. TELEQRAF
Bu gün Azərbaycanlı jurnalistlər İsraildə yaşayan dağ yəhudiləri icmasının üzvü ilə görüşüblər.
Teleqraf-ın İsrailə ezam edilmiş əməkdaşı xəbər verir ki, görüş Akko şəhərində keçirilib.
Görüş zamanı Azərbaycan və İsrail arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb.
Dağ yəhudiləri icmasının rəhbəri Şirin Mixayeli Azərbaycanda böyüdüyünü və bununla hər zaman fəxr etdiyini bildirib:
“Azərbaycan bizim ruhumuzdadır. Burada Azərbaycanın tanıdılması üçün əlimizdən gələni edirik. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdə, bu, bizim də qələbəmiz idi. Çünki orada bizim vətənimizdir. İsraildə azərbaycanlıların qardaşları yaşayır”.
Görüşdə Akko şəhərinin meri Ohad Seqev də iştirak edib.
Şəhər meri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı onun qardaşı Rantik Aqarunova təqdim edib.
Qeyd edək ki, Akko şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.