BAKI, 2 sentyabr. TELEQRAF

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub.

Bu barədə Teleqraf-a klubdan məlumat verilib.

Qeyd olunub ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubumuzun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.