BAKI, 18 may. TELEQRAF

"Təhlükəsiz şəhər qurmaq üçün sağlam infrastruktur olmalıdır. İnsanların nəfəs ala bildiyi, ətraf mühitin qorunduğu şəhərlər qurulmalıdır. Bu çox vacibdir".

Teleqraf xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunu (WUF13) ilə əlaqəli Azərbaycana gələn türkiyəli müğənni Haluk Levent jurnalistlərə açıqlamasında deyib.

WUF13-lə əlaqəli fikirlərini bölüşən müğənni forumun gənclərin və uşaqların problemlərinin beynəlxalq səviyyədə müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

"Bu forumda vacib mövzulara toxunulacaq, müzakirələr aparılacaq. Fikrimcə, sosial bərabərlik, şəhər mühitinin əlçatanlığı, mənzillə bağlı məsələlər təkcə hökumətlərin deyil, hər bir cəmiyyətin həssaslıqla yanaşdığı və xüsusi diqqət etməli olduğu məsələlərdir.

O həmçinin qeyd edib ki, zəlzələ zamanı azərbaycanlı qardaşlarımdan çox dəstək aldım.

"Belə bir yardımı hiss etmək həqiqətən qürurvericidir. Fürsətdən istifadə edib, onlara eləcə də bütün Azərbaycan xalqına təşəkkür edirəm".