BAKI, 18 may. TELEQRAF

Fransa Liqa 1-də mövsümün son turu qalmaqallı hadisələrlə yadda qalıb.

Teleqraf xəbər verir ki, azarkeşlərin meydanı zəbt etməsi səbəbindən iki oyunda gərgin anlar yaşanıb.

Liqa 1-də artıq aşağı liqaya düşməsi dəqiqləşən "Nantes" doğma meydanda "Tuluza" ilə qarşılaşıb.

Görüşün 22-ci dəqiqəsində tribunadakı azarkeşlər meydana daxil olaraq oyunun dayandırılmasına səbəb olublar.

Bir vaxtlar "Trabzonspor"u da çalışdırmış baş məşqçi Vahid Halilhodziç meydanı zəbt edən azarkeşlərlə mübahisə edib və gərgin anlar yaşanıb.

Hadisələrdən sonra bölgə valiliyi qarşılaşmanın rəsmi şəkildə təxirə salındığını açıqlayıb.