BAKI, 18 may. TELEQRAF

Qadınlar Assambleyası Ümumdünya Şəhərsalma Forumuna böyük töhfə verdi.

Teleqraf xəbər verir ki, bunu Qadınlar Assambleyasından Malta Rodriguez lWUF13 çərçivəsində keçirilən "Assambleyaların Birgə Bağlanışı" mövzusunda tədbirdə çıxışında deyib.

O bildirib ki, sessiyalarda əsas müzakirə heç bir qadını tək qoymamaq, bütün qadınlar və qızlar üçün dayanıqlı mənzil təminatı məsələsi, qadınların liderliyinin artırılması, gender bərabərliyi, maliyyə məsələsi, düzgün siyasətin formalaşdırılması və başqa bir neçə məsələ olub.

"İctimai yerlər qadınlar üçün tam təhlükəsiz olmalıdır. Dünən çox yağış yağdı və buna baxmayaraq qadınlar tərəfindən də böyük dəstək verildi. Dünyada müxtəlif yerlərdən, kəndlərdən, ucqar yerlərdən qadınların miqrasiyası ilə rastlaşırıq. Qadınların məcburi şəkildə yaşayış məskənindən çıxarılması məsələsi çox vacibdir, buna toxunulmalıdır. Çünki dünyada hələ də bu hal baş verir", - o vurğulayıb.