BAKI, 17 may. TELEQRAF
Fransa 2030-cu ilə qədər 2 milyon yeni evin tikilməsini nəzərdə tutan və bazarda böyük rezonans doğuran yeni bir mənzil planına start verib.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
Onun sözlərinə görə, dövlət subsidiyaları, vergi azadlıqları və 80 illik güzəştli kreditlərlə dəstəklənən ucuz sığınacaqlar tam şəffaf şəkildə aztəminatlı təbəqəyə, həmçinin gənc cütlüklərə təqdim olunur:
“Paris tikintidə karbon ayaq izi ciddi nəzarətdə saxlanılır, xərcləri azaltmaq üçün torpaq sahələri uzunmüddətli icarəyə verilir və ehtiyacı olanlara mülklərini iqlim dəyişikliyinə uyğunlaşdırmaq məqsədilə xüsusi texniki dəstək göstərilir”.