BAKI, 18 may. TELEQRAF

ABŞ hakimiyyəti Co Bayden administrasiyası dövründə haqsız təqiblərə məruz qaldığını iddia edən şəxslər üçün xüsusi kompensasiya fondu yaratmağı müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, təxminən 1,8 milyard dollar həcmində nəzərdə tutulan fond Donald Trampın hüquqşünasları ilə ABŞ Ədliyyə Nazirliyi arasında aparılan danışıqlar çərçivəsində müzakirə olunur.

Bildirilir ki, məsələ Trampın Vergi Xidmətinə qarşı qaldırdığı 10 milyard dollarlıq iddianın həlli ilə əlaqəlidir.

“Tramp administrasiyasının rəsmiləri əvvəlki hakimiyyətlər dövründə haqsız araşdırmalara məruz qaldığını düşünən şəxslərə kompensasiya ödənilməsi üçün fond yaradılmasını nəzərdən keçirirlər”, - CNN qeyd edib.

Mənbələrin məlumatına görə, razılaşmanın detalları hələ yekunlaşmayıb, lakin fondun yaradılması ilə bağlı açıqlamanın bu həftə veriləcəyi istisna edilmir.

Qeyd edək ki, Donald Tramp daha əvvəl administrasiyasının Vaşinqtondakı güzgülü hovuzu Bayden komandasından daha ucuz və daha sürətli şəkildə yenidən qurduğunu bildirmişdi.